Ayətullah Haşimi Rəfsəncani: İran örnək olmaq potensialına malikdir
https://azeri.sahartv.ir/news/İran-i195414-ayətullah_haşimi_rəfsəncani_İran_örnək_olmaq_potensialına_malikdir
İran İslam Respublikası Məsləhət Şurasının sədri deyib: İran islam dünyasının örnəyi ola bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2015 04:22 Asia/Baku
  •  İran örnək olmaq potensialına malikdir
    İran örnək olmaq potensialına malikdir

İran İslam Respublikası Məsləhət Şurasının sədri deyib: İran islam dünyasının örnəyi ola bilər.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İranın Məsləhət Şurasının sədri Ayətullah Əkbər Haşimi Rəfsəncani Tehranda Dini Azad Düşüncə Şurasının elm və texnologiya dairəsinin üzvlərinin elmi iclasında İslam İnqilabının Böyük Rəhbərinin İran və Əhli-Beytin (ə) məktəbinin islam dünyasının ideoloji rəhbəri ola bilməsinə dair sözlərinə toxunaraq əlavə edib: Bu işin potensialı vardır. Lakin bu önəmli məsələnin şərtləri vardır ki, onlar həyata keçirilməlidir.
Ayətullah Haşimi Rəfsəncani azad düşüncə və azad düşüncəliliyi islam, Quran və rəvayətlərdə vurğulanan əsaslı prinsip adlandırıb və deyib: Dini tərbiyənin vacib məsələlərindən biri hazırkı nəsil və aydın gələcəyin formalaşması və islam cəmiyyətlərində dini azad düşüncəliliyin isbatıdır.