İran və Azərbaycanın dəniz qüvvələri komandanları görüşüblər
İyul 02, 2015 19:24 Asia/Baku
İran və Azərbaycan Respublikasının dəniz qüvvələri komandanları maraqlandıran məsələlər barədə danışıqlar aparıblar.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikası Ordusu Dəniz Qüvvələri komandanı kontr-admiral Həbibullah Səyyari və Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanı Yunis Məmmədov bu gün Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq Dəniz Qüvvələri və Gəmiçilik Sərgisinin kənarında sülh və dostluq dənizi olaraq Xəzər dənizinin təhlükəsizliyinin qorunmasını vurğulayıblar.Həmçinin elm, texnologiya, hərbi və təlim sahələrində ikitərəfli əməkdaşlıqlar və müştərək hərbi təlimlərin keçirilməsi tərəfləri maraqlandıran məsələlər olub.
Sankt-Peterburqda keçirilən Beynəlxalq Dəniz Qüvvələri və Gəmiçilik sərgisinin kənarında Xəzəryanı ölkələrin hərbi dəniz qüvvələri komandanları bu dənizin təhlükəsizlik məsələləri barədə danışıqlar aparacaqlar.
Həmçinin İran İslam Respublikası ordusu dəniz qüvvələri komandanı Sankt-Peterburqda rus və dünyanın digər ölkələrindəki həmkarları ilə görüşərək danışıqlar aparacaq.
Xəzəryanı ölkələrin hərbi dəniz qüvvələri komandanlarının Sankt-Peterburq iclası ilk dəfə olaraq İran İslam Respublikasının təklifi əsasında keçirilir.
Beynəlxalq Dəniz Qüvvələri və Gəmiçilik sərgisi 6 iyula qədər davam edəcək.