İraqçı: Razılaşmanın əsası, İranın qırmızı xətlərinə riayətdir
https://azeri.sahartv.ir/news/İran-i195482-İraqçı_razılaşmanın_əsası_İranın_qırmızı_xətlərinə_riayətdir
İranın baş nüvə müzakirəçisi altılıq ilə razılaşmanın İranın qırmızı xətlərinə riayət əsasında mümkün olacağını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2015 16:35 Asia/Baku
  • Seyid Abbas İraqçı
    Seyid Abbas İraqçı

İranın baş nüvə müzakirəçisi altılıq ilə razılaşmanın İranın qırmızı xətlərinə riayət əsasında mümkün olacağını bildirib.

IRNA-nın məlumatına görə, İranın baş nüvə müzakirəçisi Seyid Abbas İraqçı bu gün Vyanada müxbirlərlə müsahibədə deyib: Razılaşmanın əsası, İranın təyin olunmuş qırmızı xətlərinə riayətdir və İranın tələblərinə riayət olunmayanadək razılıq əldə olunmayacaq.
İraqçı Vayanada nüvə müzakirələrinin sonuncu gedişi barədə deyib: Danışıqlar sıx formada davam etməkdədir.
İranın baş nüvə müzakirəçisi həmçinin ehtimal olunan hərbi cəhətlər- "BMD" məsələsini köhnə və xroniki bəhs adlandırıb və deyib: Təzyiqlər və sanksiyalara məruz qaldığı zaman İranın nüvə proqramı haqda iddialar irəli sürüldü.