İyul 06, 2015 17:54 Asia/Baku
  • Müzakirələrin son möhləti çərşənbədən cümə axşamına keçən gecədir
    Müzakirələrin son möhləti çərşənbədən cümə axşamına keçən gecədir

İranın nüvə müzakirəsinə yaxın məlumatlı rəsmi texniki əlavənin 70%-nin həll olunduğunu qeyd edərək deyib: Yekun möhlət çərşənbə günü və ya cümə axşamına keçən gecədir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bu məlumatlı rəsmi deyib: Texniki əlavələrin 70% həll olunub. Müştərək Təşəbbüs Proqramı mətninin digər əlavələri barəsində də iş 90% irəliləyib.
Bu məlumatlı rəsmi İran və 5+1 Qrupunun nüvə müzakirələrinin möhləti barədə deyib: Son vaxt çərşənbə gecə və yaxud cümə axşamına keçən gecədir.
O nüvə anlaşması yolundakı mövcud ixtilaflar barədə deyib: Ciddi və əsaslı problemlər vardır ki, onlar həll olunmalıdır.
iran xarici işlər naziri Məhəmməd Cavad Zərifin ABŞ dövlət katibi Con Kerri ilə görüşü Vyananın Koburq otelində başlanıb. İran xarici işlər naziri bu gün İngiltərə, Rusiya və Fransa xarici işlər nazirləri ilə də görüşəcək.
İran və Altılıq qrupu arasında Vyanada nüvə müzakirələrinin kənarında Rusiya və Çin xarici işlər nazirlərinin iclası başlanıb.

Teqlər