İyul 07, 2015 12:25 Asia/Baku
  • Təhlil- Vyana; uzadılmış möhlətdə müzakirələrin yekun saatları
    Təhlil- Vyana; uzadılmış möhlətdə müzakirələrin yekun saatları

İran və 5+1 nüvə müzakirələrində təyinedici an gəlib çatıbdır

5+1 qrupunun xarici işlər nazirləri dünəndən bəri Vyanada bir araya gəliblər ki, İran ilə nüvə razılaşmasını yekunlaşdırsınlar.
Bu razılaşma yekunlaşacağı halda beynəlxalq səhnədə yeni parametr formalaşdıra bilər.
İran, Fransa, Almaniya, İngiltərə, Çin və Rusiyanın xarici işlər naziriləri və ABŞ dövlət katibi dünən axşam və gecə ixtilaflı məsələlərin həlli üçün iki dəfə ümumi iclas keçiriblər və bu iclaslar bu gün də davam etdirilir.
Xəbərlər BMT-nin Vyana iqamətgahının nüvə müzakirələrinin yekun mərasiminin keçirilməsi üçün hazırlanmasından söz açır. Amma bu ehtimal da mövcuddur ki, müzakirələrin təkmilləşdirilməsi daha bir neçə günə ehtiyaclı olmuş olsun.
Altılıq qrupu dünən Vyanada İran nümayəndələri ilə keçirdiyi iclasda qeyd edib ki, müzakirələrin əsası, uduş-uduş prinsipinə əsaslanır.
ABŞ dövlət katibi Con Kerri də deyib: Müzakirələrdə son günlər böyük irəliləyişlərə malik olmuşuq, lakin hələ bir neçə həssas məsələ barədə fikir ayrılığına malikik, amma heç zaman bu qədər hədəfə yaxınlaşmamışdıq.
Rusiya Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, Lavrovun çinli həmkarı ilə Vyanada keçirdiyi görüşə işarə edib və bildirib ki, iki tərəf İranın nüvə proqramı barədə yekun razılaşmaya nail olmaq üçün zəmin yaradacaq əhatəli və təcili siyasi və diplomatik həll yolu tapmaq üzrə öz öhdəliyinə təkid edir.
Məlum olan məsələ budur ki, təyin edilmiş möhlətə qalan bir neçə saat ərzində bütün müzakirə tərəfləri on iki il bundan öncədən bəri davam edən bu əbəs qalmaqala son qoymaq üçün davamlı və əhatəli razılaşmaya çatmağa çalışırlar.
İran və Altılıq qrupu hazırda çətin və mürəkkəb etaplardan keçərək, danışıqların sonuncu mərhələsinə daxil olublar. Bütün müzakirə tərəfləri ümid edirlər ki, bu iclas razılığa çatmaq üzrə müzakirələrin sonuncu mərhələsi olacaq. Buna görə, hədəf məlumdur və bu qızğın fəaliyyət göstərir ki, hamı razılığa çatmağa çalışır. Amma müzakirələrin nə üçün bu qədər uzanması məsələsini bilmək üçün keçmişə nəzər salmaq lazımdır, zira həmin keçmişin bütün ünsürlərini etimadsızlıq təşkil edir. Buna görə, razılaşmanın əsası, etimad, qarşılıqlı hörmət və müvazinətli addımlar olmalıdır. Belə olan halda, bu müzakirələrdən çıxış, sonda yaxşı bir razılaşma olacaq. Bununla belə, bu müzakirələrdə yekun qərarlar hətta yekun saatlarında belə gözlənilməz ola bilər.

Teqlər