Suriyada kürdlərlə hökumət qüvvələri arasında şiddətli toqquşmalar olub
Xəbər mənbələri suriyalı kürd yaraqlıları ilə müvəqqəti hökumət qüvvələri arasında Hələb şəhərinin ətrafında şiddətli toqquşmaların baş verdiyini bildiriblər.
Yerli mənbələrin məlumatına görə, bu toqquşmalar əsasən Hələb şəhərinin şərqində yerləşən "Deyr Hafer" istiqamətində cəmləşib.
Hər iki tərəf bir-birinin mövqelərini minaatan və raketlərlə hədəfə alır.
Deyr Hafer bölgəsindən keçən Hələb-Riqqə yolu ardıcıl üçüncü gündür ki, bağlanıb.
Deyr Hafer şəhəri hazırda Suriyalı kürd qüvvələrinin nəzarətindədir.
Suriya İnsan Haqları Müşahidə Təşkilatı kimi tanınan qurum daha əvvəl bildirmişdi ki, Dəməşq rəsmiləri Türkiyə ilə müttəfiq olan qruplardan Deyr Hafer və Təşrin su bəndi istiqamətində Suriya Demokratik Qüvvələrinə qarşı əməliyyatlara hazır olmalarını istəyiblər.