Dünya şiələrinin birinci imamının şəhadətinin ildönümü günü münasibətilə başsağlığı
İyul 07, 2015 19:46 Asia/Baku
Bu gecə, mübarək Ramazan ayının 21-ci gecəsi, Qədr gecələrindən ikinci gecədir. Bütün İranda xalq məscid və digər dini məkanlarda olaraq, Qədr gecəsi mərasimini keçirəcək.
Sabah, hicri qəməri tarixlə 1436-cı il Ramazan ayının 21-i, 2015-ci milad ili iyulun 8-i, dünya şiələrinin birinci imamı, Həzrət Əli(ə)-ın şəhadətinin ildönümü günüdür.Mübarək Ramazan ayının 19-cu günü səhər tezdən xəvaric dəstəsindən olan İbn Mulcəm Muradi dünya şiələrinin birinci imamı, Həzrət Əli(ə) sübh namazı qılarkən zəhərə bulaşdırılmış qılıncı o həzrətin mübarək başına endirdi. Şiələrin birinci imamı zərbətlənəndən sonra evdə yatırıldı və iki gün sonra, yəni mübarək Ramazan ayının 21-də şəhid oldu.
Mübarək Ramazan ayının 19, 21 və 23-cü gecələri Qədr gecələri adlanır və müsəlmanlar gecə oyaq qalaraq, başlarına Quran qoyur, dua edir və Coşən Kəbir duasını qiraət edərək, Allah-Taala ilə razuniyazda olurlar.
Qədr gecəsi elə bir gecədir ki, bütün il boyu bir gecə onun fəzilətinə çatmaz və onda əməl etmək min ayda əməl etməkdən daha yaxşıdır və onda ilin müqəddəratı həll olunur.