İyul 09, 2015 08:42 Asia/Baku
  • Ümumdünya Qüds günü yürüşünün şüarı elan olunub
    Ümumdünya Qüds günü yürüşünün şüarı elan olunub

Builki Ümumdünya Qüds günü yürüşünün şüarı regional hadisələrə və dünya müsəlmanlarının qarşısında duran reallıqlara əsasən seçilib.

İran İslami Təbliğat Koordinasiya Şurasının İntifazə və Qüds Qərargahının rəisi dünən axşam Tehranda bir mətbuat konfransında deyib: Builki Ümumdünya Qüds günü yürüşü "Ümumdünya Qüds günü - Fələstin amalının təzahürü, Qəzzədən Yəmənədək modern cahillik və uşaqöldürmə əleynihə İslam ümmətinin vəhdət fəryadı" kimi əsas şüar ilə keçiriləcək.
IRIB-nin məlumatına görə, Ramazan Şərif əlavə edib: Builki Ümumdünya Qüds günü yürüşünün əsas şüarı regional hadisələrə və dünya müsəlmanlarının qarşısında duran reallıqlara əsasən seçilib və elə tənzim olunub ki,Qüdsi-Şərifin amalına təkidlə yanaşı, müsəlmanların vəhdəti və onların düşmənlərin bugünkü cinayətləri qarşısında şüurlu və sayıq olmaları diqqət mərkəzində durmuş olsun.
Ramazan Şərif sionist rejimin Fələstinin işğal edilməsi məsələsinin unudulması üzrə strategiyasına toxunaraq, deyib: Fələstin məsələsini ümumi fikrin yanında canlı bir məsələ kimi irəli sürə bilmiş ən yadda qalan və ilhamverən təşəbbüslərdən biri, İmam Xomeyni(r.ə.) tərəfindən Ümumdünya Qüds gününün elan olunması olub və o həzrətin vəfatından sonra daim Qüds və Fələstin məsələsi İslam İnqilabının Böyük Rəhbərinin təyin etdikləri əsas xətlər və gördükləri tədbirlərdən biri olubdur.
Sabah, mübarək Ramazan ayının sonuncu cüməsi, Ümumdünya Qüds günüdür.
İran İslam Respublikasının banisi həzrət İmam Xomeynit(r.ə.) Fələstin xalqını himayə və Qüds və Fələstin məsələsinin beynəlxalq səviyyəli olması məqsədilə mübarək Ramazan ayının sonuncu cüməsini Ümumdünya Qüds günü adlandırdı.

Teqlər