İyul 15, 2015 16:06 Asia/Baku
  • Səfir: 5+1 qrupu ilıə razılaşma İranın məntiqinin qələbəsini dünya xalqlarına göstərdi
    Səfir: 5+1 qrupu ilıə razılaşma İranın məntiqinin qələbəsini dünya xalqlarına göstərdi

İranın Azərbaycan Respublikasındakı səfiri deyib: İranın 5+1 qrupu ilıə razılaşması İranın məntqinin qələbəsini dünya xalqlarına göstərdi.

İranın Bakıdakı səfirliyi binasında danışan Möhsün Pakayin əlavə edib: Vyana razılaşması sübut etdi ki, müzakirə və diplomatiya dünyada müharibəyə mane ola bilər.
O, 5+1 qrupu ilə razılaşmanı region, qonşu və İranla dost ölkələr üçün böyük qələbə adlandırıb.
Səfir əlavə edib: Qərblilər bir neçə il müzakirə, təzyiq göstərmə, zalımcasına və ədalətsiz sanksiyalardan sonra belə bir nəticəyə gəldilər ki, İran xalqı ilə zorakılıq və təhqir dili ilə danışa bilməzlər.
İranı regionun təsirli və qüdrətli ölkəsi adlandıran Möhsün Pakayin deyib ki, bu uğur region ölkələri ilə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək üçün yaxşı zəmin yaradacaq.
Səfir dinc nüvə proqramının davam etməsi, İranın nüvə sahəsindəki nailiyyətlərinin qorunması və qərblilərin ölkəmizə qarşı zalımcasına sanksiyalarının aradan götürülməsini nüvə müzakirələrində İranın böyük hədəflərindən adlandıraraq deyib: İslam İnqilabının Böyük Rəhbərinin dəyərli himayələri, əziz İran xalqının dayaq olması və nüvə komandasının ciddi səyləri ilə bu razılaşma əldə olundu.
İran səfiri Yaxın Şərqdə mövcud olan ciddi problemlərə və terror qruplarının islami ölkələrdəki cinayətlərinə işarə və qərblilərin bu qrupları dəstəkləmələrini tənqid edərək, deyib: Son razılaşma ilə ümid edilir ki, regionda terrorçuluqla mübarizə üçün yaxşı zəmin yaranacaq.
Möhsün Pakayin Azərbaycan Respublikasının xalqı və dövlətinə bu böyük uğuru təbrik etmələrinə və onların qərblilərin İrana qarşı zalımcasına sanksiyalarını müşayiət etməmələrinə görə, təşəkkür və Azərbaycan Respublikasının xalqını səadətli Fitr bayramının gəlib çatması münasibətilə təbrik edərək, bildirib ki, son razılaşma İran-Azərbaycan Respublikası əlaqələrinin daha da genişlənməsinə kömək edəcək.
İran səfiri habelə yaxın gələcəkdə iki ölkə arasında yüksək səviyyədə siyasi-iqtisadi heyətlər mübadiləsindən xəbər verərək, söyləyib: Aparılmış proqramlaşdırmalara əsasən, iki ölkənin birgə iqtisadi komissiyasının onuncu iclası cari ilin ikinci yarısında Tehranda keçiriləcək.
O, həmçinin yaxın gələcəkdə Azərbaycan Respublikasının media mənsublarından ibarət bir qrupun İranın Zəncan ostanına göndəriləcəyindən xəbər verib.

Teqlər