Zərif Oman və Qətərə gedir
İyul 16, 2015 13:21 Asia/Baku
-
Zərif Oman və Qətərə gedir
İran xarici işlər naziri ikitərəfli məsləhətləşmələr üçün bu gün Oman və Qətərə səfər edir.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bu iki günlük səfərdə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Oman və Qətər rəsmiləri ilə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi barəsində məsləhətləşmə və fikir mübadiləsi aparacaq.Bu səfər İran xarici işlər nazirinin İran və Altılıq arasında nüvə müzakirələrinin yekunundan sonra ilk səfəridir.