Fitir bayramı münasibəti ilə Zərifin təbrik müraciəti
İyul 17, 2015 12:50 Asia/Baku
İranın xarici işlər naziri səadətli Fitir bayramının gəlib çatması münasibəti ilə islami və ərəb ölkələrinin xarici işlər nazirlərini təbrik edib.
IRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif islami və ərəb ölkələrinin xarici işlər nazirlərinə olan bu təbrik müraciətlərində əmin olduğunu bildirib ki, nüvə nailiyyətindən sonrakı atmosfer daha artıq ikitərəfli və regional həmkarlıqları əhatə edəcək.Zərif bu müraciətlərdə İslam ümmətinin və müsəlman xalqların bütün bəlalar, xüsusilə ifratçılıqdan qorunmaları və onların xüsusən rifah, sülh və dostluq sahəsində sonsuz nemətlərə malik olmalarını arzu edib.
O, deyib: Şübhəsiz, İranın nüvə fəaliyyətləri ilə bağlı saxta böhranın diplomatik həlli ilə regional və beynəlxalq əməkdaşlıqlar üçün münasib fürsət yaranıbdır.