Əfxəm: İran və Almaniya Yaxın Şərq məsələləri barədə fərqli baxışlara malikdirlər
İyul 20, 2015 14:20 Asia/Baku
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Yaxın Şərqdə cərəyan edən hadisələrlə bağlı İran və Almaniyanın siyasi baxışlarının tam fərqli olduğunu bildirib.
İran XİN sözçüsü Mərziyə Əfxəm İSNA xəbər agentliyi ilə müsahibədə Almaniya kanslerinin müavini və Almaniyanın iqtisadiyyat naziri Ziqmar Qabriyelin İsrail rejiminin İran tərəfindən rəsmən tanınması ilə bağlı dedikləri və onun bu məsələni Tehranda İran rəsmiləri ilə görüşdə gündəmə gətirməsi barədə deyib: İran Yaxın Şərq məntəqəsi ilə bağlı bəzi məsələlər barədə Almaniya ilə tam fərqli baxışlara malikdir və ötən 35 il ərzində daim iranın müxtəlif məsələlərlə bağlı mövqeyi tam aydın formada bəyan edilib.Əfxəm İran və Almaniyanın ortaq maraqlara və əməkdaşlıq üçün geniş potensiallara malik olduqlarını da qeyd edib və deyib: İkitərəfli siyasi və iqtisadi əməkdaşlıq sahələri habelə, müxtəlif beynəlxalq məsələlər haqda iki tərəf arasında konstruktiv əməkdaşlıq keçmişi mövcuddur.
M.Əfxəm daha sonra deyib: Almaniya kanslerinin müavininin Tehrana olan səfərinin əsas hissəsi ikitərəfli əlaqələrin genişləndirilməsi yolları və perspektivi barədə dəyərləndirmələrin aparılmasıdır. Regional məsələlərlə bağlı müzakirələrdə isə İran keçmişdə olduğu kimi, hazırda da mövcud təhdidlər və nigaranlıqlar o cümlədən sionist rejim və regiondakı böhranların kökləri barədə öz baxışlarını ortaya qoyacaq.