İyul 23, 2015 17:12 Asia/Baku
  • Məhəmməd Rza Nemətzadə
    Məhəmməd Rza Nemətzadə

İranın sənaye, mədən və ticarət naziri ümidvarlıq edib ki, nüvə anlaşmasının icra olunması ilə İran və Avropanın iqtisadi əlaqələrində əlavə genişlənmə yaranacaq.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə cümə axşamı günü Vyanada keçirilən "İran-Avropa Birliyi, ticarət və investisiya" konfransında dünyanın sülhməramlı nüvə enerjisindən istifadə üçün İranın haqqını təsdiqlədiyini bildirərək deyib: Avropa müxtəlif sahələrdə İranın etimadlı şərikidir və iki tərəf nüvə anlaşmasınıicra etməklə ikitərəfli əlaqələri daha da dərinləşdirə bilərlər.
Nemətzadənin sözlərinə görə, İran qaydaları hazırda xarici investisiyaya 100%-lik mülkiyyət icazəsi verir və avropalılar İrandan müştərək istehsalat və regionun bütün ixracatı üçün regional platforma kimi istifadə edə bilərlər.
Nemətzadə neft və qaz sənayesi, texnologiyalaşmış məhsullar, metal texnologiyası, beynəlxalq standartlara əsasən avtomobil istehsalını İranın prioriteti adlandırıb: Məqsəd 2025-ci ilə qədər 3 milyon avtomobilin istehsalı və onun üçdə birinin ixracıdır.
"İran-Avropa Birliyi, ticarət və investisiya" 2 günlük konfransı cümə axşamı günü İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadənin iştirakı ilə Vyanada Avstriya İqtisadiyyat Palatasında işə başlayıb.
Bu konfransda İran İslam Respublikası, Astriyanın ticarət və iqtisadiyyat rəsmiləri və Avropanın özəl sektorunun 150-dən çox şirkətinin nümayəndəsi iştirak edirlər.

Teqlər