İyul 24, 2015 09:03 Asia/Baku
  • Terrorizmlə mübarizə media cəbhəsi təşkil olunmalıdır
    Terrorizmlə mübarizə media cəbhəsi təşkil olunmalıdır

İranın mədəniyyət və islami irşad naziri təkfirçi terrorizm və bəzi tərəflər və ölkələrin terrorçuları dəstəkləmələri ilə mübarizə üçün media cəbhəsinin təşkil olunmasını istəyib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, İranın mədəniyyət və islami irşad naziri Əli Cənnəti Suriyanın informasiya naziir İmran əl-Zəəbinin iştirakı ilə İran və Suriya media əməkdaşlıqlarının genişləndirilməsi yollarının araşdırılması üzrə Dəməşqdə keçirilən iclasda bildirib: İran və Suriyanın strateji müttəfiqliyi gələcəkdə davam edəcək və İran tezliklə Dəməşqdə xəbər mərkəzi yaradacaq.
Cənnəti Terrorizmlə Mübarizə Beynəlxalq Media konfransında iştirak etmək məqsədilə Suriyaya səfər edib.
İki günlük konfrans Suriya prezidenti Bəşşar Əsəd, dünyanın müxtəlif ölkələrindən 130 media nümayəndəsinin iştirakı ilə bu gündən Dəməşqdə işə başlayır.

Teqlər