Mogerini: Vyana anlaşması İranın beynəlxalq ictimaiyyətlə əməkdaşlıq ardınca olduğunu göstərdi
https://azeri.sahartv.ir/news/İran-i196182-mogerini_vyana_anlaşması_İranın_beynəlxalq_ictimaiyyətlə_əməkdaşlıq_ardınca_olduğunu_göstərdi
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru deyib: Vyana nüvə müzakirələri İran başçılarının beynəlxalq ictimaiyyətlə əməkdaşlıqda yeni səhifənin açılması ardınca olduğunu əks etdirdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 25, 2015 04:49 Asia/Baku
  • Federika Mogerini
    Federika Mogerini

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru deyib: Vyana nüvə müzakirələri İran başçılarının beynəlxalq ictimaiyyətlə əməkdaşlıqda yeni səhifənin açılması ardınca olduğunu əks etdirdi.

Səhər Beynəlxalq Televiziyasının France-2 telekanalına istinadla verdiyi məlumata görə, Federika Mogerini İranla nüvə anlaşmasının ən böyük nailiyyətlərindən birini atom silahlarının genişlənməsinə qadağaya kömək adlandırıb.
Mogerini əlavə edib: Dəfələrlə demişəm və bir daha ərəb dünyasına deyirəm ki, bu anlaşma regionun təhlükəsizliyi, nəticədə Avropanın təhlükəsizliyinin təmin olunmasına kömək edəcək.
Mogerini xatırladıb: Arxayınam ki, nüvə müzakirələrinin yekununun icrasında irəliləyiş etimadın yaranmasına kömək edəcək.
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə məsul şəxsi bildirib ki, İranla nüvə müzakirələrinin yekununun əldə olunması diplomatik addımların nəticə verdiyini və on illərlə uzun sürən böhranın danışıqlar yolu ilə həllinin mümkün olduğunu əks etdirdi.