İyul 26, 2015 09:22 Asia/Baku
  • Terrorizmlə mübarizə dövlətlərin milli hakimiyyətinə hörmətlə olmalıdır
    Terrorizmlə mübarizə dövlətlərin milli hakimiyyətinə hörmətlə olmalıdır

İran İslam Respublikası Xarici İşlər Nazirliyinn sözçüsü deyib: Terrorizmlə mübarizə dövlətlərin milli hakimiyyətinə hörmətlə yanaşı olmalıdır.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran XİN sözçüsü Mərziyyə Əfxəm İRNA-ya verdiyi müsahibədə Türkiyə ordusunun Suriya ərazisində İŞİD terrorçularına hücumuna reaksiyada əlavə edib: Terrorizmlə təsirli mübarizə bütün dövlətlərin hərtərəfli əməkdaşlığı digər dövlətlərin milli hakimiyyətinə hörmətlə yanaşmağı tələb edir.
Terrorizm və radikallığın bütün formalarının pislənilməsi ilə bağlı İranın həmişəlik və prinsipial mövqeyini vurğulayan Əfxəm bildirib: Terrorizm və təkfirçi radikallıq qarşısında istənilən tolerantlıq dövlətlərin milli hakimiyyətinin zəifləməsi ilə nəticələnir və praktiki olaraq terrorçu qruplaşmaları öz cinayətlərini davam etdirməkdə cürətləndirə bilər.
Əfxəm deyib: İran terrorizmlə mübarizə üçün beynəlxalq əməkdaşlığı müsbət qarşılayaraq, terrorizmin qurbanı olan dövlətlərin ərazisində terrorçu qruplaşmalara qarşı istənilən addımın atılması üçün həmin dövlətlərlə tam koordinasiyanın edilməsinin vacibliyini xatırladır və inanır ki, terrorizmlə əsaslı mübarizə yalnız maliyyə, silah yardımları və ifratçı ideologiya və terrorizmin yönləndirilməsi tam şəkildə kəsilməsi ilə mümkündür.

Teqlər