İyul 26, 2015 20:04 Asia/Baku
  • Şeyx Səbbah əl-Əhməd əl-Cabir
    Şeyx Səbbah əl-Əhməd əl-Cabir

Küveyt Əmiri İran İslam Respublikası ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi və regional əməkdaşlıqların genişləndirilməsini müsbət qarşılayıb.

Səhər Beynəlxalq Teelviziyasının məlumatına görə, Küveyt Əmiri Şeyx Səbbah əl-Əhməd əl-Cabir əl-Səbbah bu gün İran xairici işlər naziri Məhəmməd Cavad Zəriflə Küveytdə görüşdə İranın nüvə nailiyyəti və BMT Təhlükəsizlik Şurasında İranın nüvə proqramı barəsində 2231 saylı qətnamənin təsdiqlənməsindən razılıq edərək deyib: İKi ölkə arasında regionun hazırkı şəraitində terrorizm və radikallıqla mübarizə sahəsində əməkdaşlıqların genişlənməsi önəmlidir.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif də bu görüşdə deyib: Əvvəllər beynəlxalq qüdrətlər tərəfindən İranın dünya ilə əlaqələrinin genişlənməsi yolunda qeyri-zəruri maneələr yaradılmışdı. Nüvə anlaşmasının əldə olunması ilə bu maneə aradan qalxdı və hazırda qonşu ölkələr və Fars körfəzinin ətrafında yerləşən ölkələrlə ikitərəfli və beynləxalq əməkdaşlıqlar keçmişlə müqayisədə daha artıq zərurət hiss olunur.
İran xarici işlər naziri bildirib: İran İslam Respublikasının qənaətincə, regionun stabilliyi və təhlükəsizliyi Fars körfəzinin ətrafında yerləşən bütün ölkələr və qonşu ölkələr üçün əsaslı əhəmiyyətə malikdir.

Teqlər