Moqerini Tehrana daxil olub
https://azeri.sahartv.ir/news/İran-i196280-moqerini_tehrana_daxil_olub
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini Tehrana daxil olub və İran XİN-in bir qrup rəsmisi tərəfindən qarşılanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 28, 2015 14:20 Asia/Baku
  • Moqerini
    Moqerini

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini Tehrana daxil olub və İran XİN-in bir qrup rəsmisi tərəfindən qarşılanıb.

İranın prezidenti, İslam Şurası Məclisinin sədri və xarici işlər naziri ilə görüşlər Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin Tehran səfərinin proqramlarındandır.
O, bu gün axşam Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransında iştirak edəcək.
Sonuncu dəfə iyulun on dördündə Vyanada İranın xarici işlər naziri ilə görüşmüş bu avropalı siyasətçi bildirib ki, bu səfər İran-Altılıq nüvə razılaşmasının icrası, eləcə də regional və ikitərəfli məsələlər barədə iranlı rəsmilərlə fikir mübadiləsi aparmaq üçün bir fürsətdir.