Avq 04, 2015 09:05 Asia/Baku
  • İran Məhkəmə Hakimiyyətinin sədri: Qərbli insan haqlarına bədbincəsinə bir baxış mövcuddur
    İran Məhkəmə Hakimiyyətinin sədri: Qərbli insan haqlarına bədbincəsinə bir baxış mövcuddur

İran Məhkəmə Hakimiyyətinin sədri deyib: İnsan haqlarının bir vasitə olması və qeyri-düzgün məlumatlar Qərbli insan haqları haqda bədbincəsinə baxışın yaranmasına səbəb olub.

İran Məhkəmə Hakimiyyətinin sədri ayətullah Sadeq Amoli-Laricani bazar ertəsi günü Tehranda baş məhkəmə rəsmiləri ilə iclasda Qərb ölkələrində insan haqlarının bir vasitə olmasının hamıya bəlli olduğunu deyərək, əlavə edib: Cəmiyyətlər öz insan haqları haqda plüralizm baxışına malikdirlər və təbiidir ki, Qərb ölkələri öz insan haqları sistemini digər cəmiyyətlərə qəbul etdirmək haqqına malik deyillər, zira bu hərəkət ağıl, ədalət və insan haqlarına ziddir.
Ayətullah Amoli-Laricani sonra deyib: İşlənib hazırlanmış insan haqları məntiqli surətdə bütün ölkələrə hakim kəsilməlidir və insan haqlarından bir vasitə kimi istifadə etmək ədalətə zidd olaraq, insan haqlarının əsaslarını pozur.
İran Məhkəmə Hakimiyyətinin sədri əlavə edib: Seçkilər məsələsində otuz neçə illik keçmişə malik olan İran insan haqlarına riayət etməməkdə məhkum olunur və hətta belə təbir edirlər ki, hökumət öz xalqı ilə qeyri-düzgün davranır, amma öz ömründə bir dəfə də olsun belə, seçkilər görməmiş Ərəbistanda qərblilərin zənnincə, heç bir insan haqları problemi mövcud deyil.
İran Məhkəmə Hakimiyyətinin sədri Qərbdə insan haqlarının pis keçmişinə toxunaraq, deyib: Kim bu məsələni qəbul edə bilər ki, insan haqları məsələsində amerikanlar və avropalıların rəftarları, baxışları və mühakimələrində ədalətə riayət olunubdur.

Teqlər