Laricani: İsrail rejiminin məqsədi, insan haqları ilə ziddiyyətdir
Avq 05, 2015 13:58 Asia/Baku
İran İslam Şurası Məclisinin sədri deyib: Şər İsrail rejiminin məqsədi, insan haqları ilə ziddiyyətdir
IRNA-nın məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani çərşənbə günü Tehranda "Ümumdünya İslami İnsan Haqları və İslami Səxavət Günü" mərasimində Amerikanın sionist rejimin cinayətlərini dəstəkləməsini tənqid edərək, deyib: Bu rejimin məqsədi, insan haqları ilə ziddiyyətdir, amma amerikanlar silah göndərməklə bu rejimi dəstəkləyir və uca səslə deyirlər ki, onların təhlükəsizliyi, bizim təhlükəsizliyimizdir.Laricani sonra deyib: Fələstində baş vermiş faciələr və fələstinli üşağın sionistlər tərəfindən yandırılması belə bir məsələdən xəbər verir ki, sionist rejim insan haqları ilə ziddir.
İran İslam Şurası Məclisinin sədri belə qeyd edib: Dünya səviyyəsində qarşıdurmalar və savaşlar artıbdır, əgər keçmişdə kobudluqlar və savaşlar məhdud idisə, bu gün mütəşəkkil xarakter alıbdır ki, onun nümunəsini İŞİD-in Suriya və İraqdakı hərəkətlərində görmək olar.
Laricani çıxışının digər bir hissəsində islami insan haqları sənədinin mühüm dayaqlarından birini xalqın öz müqəddaratında iştirak etməsi adlandırıb və belə söyləyib: Əgər islami ölkələrin xalqları hiss etsələr ki, onların öz ölkələrnin siyasi və sosial müqəddaratında iştirakı təsirlidir, dəyişiklik stimulu yaranacaq.
Amerika daxil olmaqla bəzi qüdrətli ölkələrin insan haqlarına zidd davranışlarını tənqid edən Laricani belə vurğulayıb: Dünyanın bugünkü insan haqları şəraiti ümidverici deyil.