Avq 11, 2015 20:52 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

İranın xarici işlər naziri sionist rejimi terrorçu, ifratçı və zorakılıq tərəfdarı olan bir rejim adlandırıb və deyib: Yaxın Şərqdəki problemlərin kökündə duran bu rejimin İran ilə 5+1 qrupu arasındakı nüvə anlaşmasına qarşı başlatdığı oyun, uduzmuş bir oyundur.

İRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Beyrut hava limanında jurnalistlər qarşısında bir daha region ölkələrindən istəyib ki, region xalqları və dövlətlərinin mənafeyini təmin etmək üçün, İranın müzakirə və əməkdaşlıq çağrışına müsbət cavab versinlər.
Zərif həmçinin, ümidvarlıq edib ki, İranın nüvə işinin yekunlaşması ilə, Yaxın Şərqdə region ölkələri və xalqlarının xeyrinə olacaq yeni bir dövr başlanmış olsun.
İranın xarici işlər naziri region ölkələrinə turnesinin ilk mərhələsində Beyruta səfər edib. Bu, nüvə anlaşmasından sonra Zərifin ikinci regional turnesidir.

Teqlər