Bu gün həzrət xanım Fatimə Məsumətinin(s.ə) mövlud günüdür
Avq 16, 2015 11:21 Asia/Baku
-
Bu gün həzrət xanım Fatimə Məsumətinin(s.ə) mövlud günüdür
İslami İran şiələrin 8-ci imamı, həzrət İmam Rza(ə)-ın əziz bacısı xanım Fatimə Məsumənin(s.ə) mövludunun ildönümü gününü şənlik edir.
Bu gün bazar, 1436-cı hicri şəmsi ili, Zil-Qədə ayının biri, 16 avqust 2015-ci miladi ili, şiələrin 7-ci imamı, İmam Musa bin Cəfər(ə)-ın əziz qızı həzrət Fatimə Məsumənin (s.ə) mövludunun ildönümü günüdür.Həzrət Fatimə Məsumə(s.ə) hicrətin 173-cü ili, Zil-Qədə ayının birində Mədinə şəhərində dünyaya göz açır. O fəzilətli xanımın pak məqbərəsi, Tehranın cənubunda, Qum şəhərində yerləşir.
Xanım Fatimə Məsumənin(s.ə) mövludunun ildönümü günü münasibətilə İranın bütün şəhər və kəndləri xüsusilə də Qum şəhəri bəzədilib və çıraqban edilib. İnsanlar şiriniyyat və şərbət paylayaraq, o həzrətin mövludunun ildönümü günün bayram edir, öz sevinclərini paylaşırlar.
Beynəlxalq Səhər Kanalı olaraq, dünya müsəlmanlarını xüsusilə də Əhl-Beyt(Ə) davamçılarını təbrik edirik.