İran İslam Şurası Məclisinin üzvləri nüvə müzakirə heyətini himayə etdi
Avq 16, 2015 14:43 Asia/Baku
İran İslam Şurası Məclisinin üzvləri bir bəyanat qəbul edərək, İranın nüvə müzakirə heyətinin səylərini yüksək qiymətləndiriblər.
İRNA-nın məlumatına görə, İran İslam Şurası Məclisi üzvlərinin bəyanatında deyilir: İran konstitusiyasının 77 və 125 saylı bəndlərinə əsasən, nüvə müzakirələrinin yekun nəticəsinin araşdırılması İran İslam Şurası Məclisinin vəzifələri və səlahiyyətləri daxilindədir. Buna görə də bütün orqanlar və qurumlar İslam Şurası Məclisinin məlumatlandırılmasında yaxından iştirak etməlidir.İran İslam Şurası Məclisinin üzvləri nüvə müzakirələrinin yekun nəticəsinin dövlət tərəfindən bir layihə formatında Məclisə təqdilm edilməli olduğunu vurğulayıb və bildiriblər ki, bu işdə gecikməyə yol verilməməlidir.
İran Parlamentinin üzvləri bəyanatın davamında bildiriblər: İslam Şurası Məclisində araşdırılmasından və Negəhban Şurası tərəfindən təsdiq edilməsindən öncə, anlaşmanın müvəqqəti, qismən və ya daimi şəkildə icraya qoyulması, konstitusiyaya əsasən, qeyri qanuni bir hərəkətdir.
İran İslam Respublikası və 5+1 qrupu 12 il davam edən müzakirələrin ardınca, nəhayət 14 iyul tarixində Vyanada anlaşılmazlıqları aşaraq, ortaq məxrəcə gəlməyi bacarıb.