Ruhaninin 13-cü Ümumdünya Məscid Günü İclasında çıxışı
Avq 20, 2015 11:07 Asia/Baku
-
Ruhaninin 13-cü Ümumdünya Məscid Günü İclasında çıxışı
İran prezidenti deyib ki, müsəlmanlar arasında islami ehkamın yayılması üçün islami mahiyyətin qorunması istiqamətində sayıqlıq diqqət mərkəzində durmalıdır.
Səhər telekanalının məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani cümə axşamı günü Tehranda 13-cü Ümumdünya Məscid Günü İclasında əlavə edib: Məscid mühüm islami mərkəzlərdəndir və qədim zamanlardan bəri islami memarlıqda məscid şəhər və ictimaiyyətin əsas mehvəri kimi təqdim olunubdur.İran İslam Respublikası prezidenti deyib: Məscidin əsası, ibadət, mənəviyyat, əxlaq və təlim-tərbiyə üzrə məkandır.
İran Ali Mədəni İnqilab Şurasının sədri əlavə edib: Müasir dünyada məscid məktəb, universitet və mədəni mərkəzlərin yerini tutmur, amma məscid cihad və fədakarlıq üçün cəmiyyətin hazırlığı, həmçinin islami əxlaq və təlim mərkəzidir.
İran İslam Respublikası prezidenti eyni zamanda vurğulayıb: Dünyanın müxtəlif nöqtələrində elə məscidlər vardır ki, onlarda Əhli-Beyt(ə) davamçıları arasında təfriqə salmaq üzrə xütbələr söylənir.
İranın qanunvericilik hakimiyyətinin sədri deyib: Əsl məscid o məsdiddir ki, ondan zülm və təcavüzkarlıq deyil, birlik və qardaşlıq meydana gəlmiş olsun.
Ruhani əlavə edib: İran İslam İnqilabında da hərəkatın öncülü, məscid idi və həzrət İmam Xomeyni(r.ə)-in mühüm çıxışları məsciddə olurdu.
İran İslam Respublikası prezidenti həmçinin Məsciduləqsanın yandırılmasının ildönümü gününə işarə edərək, söyləyib: Müsəlmanların qibləsinin yandırılması bu mənada idi ki, sionist rejim heç bir ictimai və insani prinsiplərə öhdəlikli deyildir.
İran Ali Mədəni İnqilab Şurasının sədri sonra deyib: Bu gün onu xatırladır ki, sionist rejim nəinki uşaqlar və qadınlara rəhm etmir və işğalçılıq və təcavüzkarlığı davam etdirir, həm də bütün səmavi dinlər tərəfindən hörmət edilən müsəlmanların birinci qibləsinə belə dəyər qoymur.
Dünya müsəlmanlarının birinci qibləsi olan Məsciduləqsa 1969-cu il avqustun 21-də ifratçı sionistlər tərəfindən yandırıldı və ona böyük xəsarət vuruldu.