Sen 01, 2015 09:15 Asia/Baku
  • Laricani regionda terrorizmin genişlənməsi haqda xəbərdarlıq edib
    Laricani regionda terrorizmin genişlənməsi haqda xəbərdarlıq edib

İran İslam Şurası Məclisinin sədri BMT baş katibi ilə görüşdə regionda terrorizmin yayılması xətəri haqda xəbərdarlıq edərək, deyib ki, terrorçular maliyyə imkanlarına və silahlara malikdirlər və regionun idarəçiliyində kəskin qarışıqlıq mövcuddur ki, vəziyyəti nəzarətdən çıxarır.

IRIB-nin məlumatına görə, dünya parlamentləri sədrlərinin dördüncü iclasında iştirak məqsədilə Nyu-Yorka səfər etmiş Əli Laricani BMT baş katibi ilə görüışüb və terrorçuların Suriya, İraq və Yəməndəki iştiraklarına toxunaraq, deyib ki, anti-İŞİD koalisiyası bu qrup qarşısında nəinki diqqətəlayiq bir addım atmayıb, əksinə İŞİD-in vəhşicəsinə hərəkətlərini artması və nüfuzunun genişlənməsinə bais olubdur.
O, Yəməndə müharibənin davam etməsinin xətərləri barədə xəbərdarlıq edərək, bildirib ki, bu savaş regionda bir çox problemlər yarada bilər.
Laricani BMT-nin Yəmənin böhranının həllindəki rolunu vurğulayaraq, müharibənin dayandırılması və milli birlik dövlətinin təşkili üçün danışıqların başlanmasını yeganə həll yolu adlandırıb və deyib ki, İran İslam Respublikası da bu hədəfin reallaşmasına kömək etməyə hazırdır.
İran İslam Şurası Məclisinin sədri Suriyanın da vəziyyətinə diqqət çəkib: Ehtiyatlı olmaq lazımdır ki, Suriyada böhran səhnəsinin idarəsi terrorçuların əllərinə düşməsin.
BMT baş katibi də İranın regional və beynəlxalq məsələlərdə fəal rol oynamasını istəyib.
Ban Ki Mun cənab Laricaninin İŞİD-in regiondakı durumu barədəki dəyərləndirməsi ilə razılaşdığını deyərək, bildirib ki, İran və BMT terrorizm və ekstremizmlə mübarizədə daha artıq həmkarlıq edə bilər.

Teqlər