Laricaninin dünya parlamentləri sədrlərinin iclasında çıxışı
Sen 01, 2015 10:06 Asia/Baku
Dünya parlamentləri sədrlərinin dördüncü iclasında iştirak məqsədilə Nyu-Yorka səfər etmiş İran İslam Şurası Məclisinin sədri öz çıxışında davamlı inkişaf və sülhün yayılması istiqamətində demokratiyadan istifadə üçün lazım olan sahələrin yaradılmasını vurğulayıb.
IRIB-nin məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani Nyu-Yorkda dünya parlamentləri sədrlərinin dördüncü iclasında deyib: Davamlı inkişaf siyasi stabillik, demokratiya və iqtisadi inkişafla müvqazinətdədir, amma böyük təəssüflə, siyasət meydanında məntiq zorakılıqdır və bu gedişin hökm sürəcəyi zamanadək dünya xalqları arasında kobudluq, savaş və didərginliyin şahidi olacağıq.Laricani əlavə edib: Öz xalqları üçün demokratiya istəyən bəzi dövlətlər öz sərhədlərinin o tayında diktatorluğu, eləcə də müstəbid və zorakı rejimləri himayə edirlər və məhz bu dövlətlər bomba və pulemyotdan istifadə edərək, digər ölkələrdə demokratiya qurmaq istəyirlər.
O, bu münasibəti müasir dünyada bir çox militarizmlərin yaranmasının amili adlandırıb və bildirib ki, məzlum Fələstin xalqının kədərli taleyi, sionist rejimin militarizmləri, İraq və Əfqanıstanın işğalı və orada müharibə, Yəmən müharibəsi və beşillik Suriya savaşı misal çəkilməli nümunələrdir.
Laricani müzakirə yolu ilə nüvə razılaşmasında əldə olunmuş nəticələrə toxunaraq, deyib: Bu məsələ bir daha göstərdi ki, zorakılıq yolu nəticə vermir.
O, əlavə edib: Bəzi böyük qüdrətlər çalışırlar ki, İran xalqını dizə çökdürsünlər, lakin İranın böyük xalqı müqavimət yolunu seçərək, zorakılıq qarşısında dayandı və qalib gəldi və bu müqavimətdən əldə olunan nəticəni təsdiq edirik.
Laricani sonda "Biz bu iclasda demokratiyanı sülhün əsası bilirik" deyərək, əlavə edib: Yaxşı olmazdımı ki, referendumun keçirilməsi yolu ilə öz hökumətini seçməsi üçün Fələstinin məzlum xalqı üçün də elə bu prinsipə əməl edək?