İraqçı: İranda uran zənginləşdirilməsi dayandırılmayacaq
Sen 02, 2015 21:07 Asia/Baku
-
İraqçı: İranda uran zənginləşdirilməsi dayandırılmayacaq
İranın nüvə müzakirə komandasının baş üzvü deyib ki, İranda uran zənginləşdirilməsi bir gün belə dayandırılmayacaq.
Fars xəbər agentliyinin məlumatına görə, İran xarici işlər nazirinin müavini və İranın nüvə müzakirə komandasının baş üzvü Seyid Abbas İraqçı çərşənbə günü Rəhbərlik Xübreqanı Məclisinin iclasının ikinci günündə nüvə müzakirələrini və müştərək addım üzrə əhatəli proqramı şərh edərək, əlavə edib: İranın nüvə müzakirə komandası müzakirələrdə İran İslam İnqilabının Böyük Rəhbərinin qırmızı xətlərindən olan zənginləşdirmənin dayandırılması mövzusunu qəbul etmədi və zənginləşdirmənin bir gün belə dayandırılmasına icazə vermədi.İraqçı deyib: Ədalətsiz iqtisadi və maliyyə sanksiyalarının götürülməsi nüvə müzakirə komandası tərəfindən qırmızı xətlərə riayətdən xəbər verir, belə ki, raket və hərbi sanksiyalar da tədricən aradan götürüləcəkdir.
İranın nüvə müzakirə komandasının baş üzvü həmçinin dinc nüvə fəaliyyətlərinə daha artıq nəzarətin qəbul olunması haqda qeyd edib ki, İran İslam Respublikasının gizli nüvə proqramı yoxdur və bu üzdən, nüvə sənayesinə daha artıq nəzarətin qəbul olunması nigaranedici deyil.