Avstriya prezidentinin rəsmi qarşılanması
Sen 08, 2015 10:59 Asia/Baku
Avstriya prezidentinin rəsmi qarşılanma mərasimi İran İslam Respublikası prezidentinin iştirakı ilə Tehranın Sədabad mədəni-tarixi obyektində keçirilib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhaninin Avstriya prezidenti Haynts Fişeri rəsmi qarşılama mərasimində iki ölkənin milli himnləri səsləndirildikdən sonra prezidentlər bir-birləri ilə yüksək səviyyəli heyətləri tanış ediblər.İran İslam Respublikası və Avstriya prezidentləri rəsmi qarşılanma mərasimindən sonra xüsusi müzakirələrə başlayıblar.
Avstriya prezidenti İran İslam Respublikası prezidentinin rəsmi dəvəti ilə yüksək səviyyəli siyasi, iqtisadi, mədəni və elmi heyətin müşayiəti və iki ölkə münasibətlərinin daha da yüksəldilməsi məqsədilə Tehrana səfər edib.
Siyasi müşahidəçilər Avstriya prezidentinin Tehrana səfərini bütün sahələrdə iki ölkənin münasibətlərində və İran İslam Respublikasının Avropa və dünya ölkələri ilə əlaqələrində yeni səhifə açılması kimi qiymətləndirirlər.