Sen 13, 2015 09:46 Asia/Baku
  • Zərif Məkkə hadisəsi qurbanlarının kədərini bölüşdü
    Zərif Məkkə hadisəsi qurbanlarının kədərini bölüşdü

İran İslam Respublikası xarici işlər naziri Məkkədə faciəsi qurbanlarının ailələrinə baş sağlığı verərək, yaralıların tez bir zamanda öz sağlamlıqlarına qovuşmalarını və bundan sonra zəvvarların həcc mərasimini sakit və təhlükəsiz bir şəraitdə davam etdirmələrini arzu edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif şənbə günü bir müraciətdə Məkkə hadisəsi qurbanlarının ailələrinə başsağlığı verərək, yaralıların tezliklə öz sağlamlıqlarına qovuşmalarını diləyib və deyib: Məkkədə baş verən hadisənin acı xəbəri və Allah evi zəvvarlarının həyatını itirməsi son dərəcə kədərli və üzücü idi.


Zərif daha sonra deyib: İran İslam Respublikasının Ərəbistandakı nümayəndəliklərinin əməkdaşları iranlı zəvvarlara xidmətin göstərilməsi və yaralı zəvvarların vəziyyətinə diqqətin göstərilməsində Həcc və Ziyarət Təşkilatı rəsmiləri ilə əməkdaşlığı özlərinə borc bilirlər.


Cümə günü Məkkədə bir qaldırıcı kranın aşması nəticəsində 107 zəvvar həyatını itirib, 238 nəfər isə yaralanıb. Bir iranlı zəvvarın həlak olduğu bu hadisədə 25 iranlı zəvvar da yaralanıb.

Teqlər