İranın Cəmaran və Buşehr gəmiləri beynəlxalq sulara ezam olunur
Sen 15, 2015 16:22 Asia/Baku
İran İslam Respublikası ordusu Dəniz Qoşunları komandanı deyib: İran ordusu Dəniz Qoşunlarının Buşehr gəmisi və Cəmaran esminesindən ibarət 36-cı gəmi qrupu beynəlxalq sulara ezam olunur.
Kontr-admiral Həbibullah Səyyari İran ordusu dəniz qoşunlarının gəmi qruplarının beynəlxalq sulardakı iştirakının təsiredici olduğunu bildirərək əlavə edib: Ordunun Dəniz Qoşunlarının 36-cıə gəmi qrupunun vəzifəsi 35-ci qrupun öz vəzifəsini sona çatdırmasından öncə başlayacaq.Admiral Səyyari bildirib: İran ordusu Dəniz Qoşunlarının Bəndər Abbas dəstək gəmisi və Əlvənd esminesindən ibarət 35-ci gəmi qrupu bu həftə 90 günlük tapşırığını yerinə yetirdikdən sonra ölkə sularına geri qayıdacaq.
İran İslam Respulbikası ordusu Dəniz Qoşunları komandanı xatırladıb: İranın gəmi qruplarının beynəlxalq sulardakı vəzifəsi gəmiçilik xətlərinin təhlükəsizliyinin təmin olunması, dəniz terrorçuluğu ilə mübarizə və İran İslam Respublikası bayrağının dalğalandırılmasıdır.