İslam İnqilabının Böyük Rəhbəri Sepah-ın komandanları ilə görüşüblər
Sen 16, 2015 14:29 Asia/Baku
-
İslam İnqilabının Böyük Rəhbəri
İslam İnqilabının Böyük Rəhbəri: Bu gün düşmənin nüfuzu bu ölkə üçün böyük təhdidlərdən biridir. İqtisadi və təhlükəsizlik nüfuzu, təfəkkür, mədəniyyətə və siyasət sahəsindəki nüfuzdan daha az olsa da, önlənilməsi zəruridir. Əlbəttə, təhlükəsizlik sahəsindəki nüfuzu Sepah tam iqtidarla önləyir. İqtisadiyyat sahəsində də ölkə rəsmiləri iqtisadi nüfuza qarşı gözüaçıq olmalıdırlar.
İRİB-nin məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Sepah-ın komandanları və işçiləri ilə görüşdə deyiblər: Düşmən mədəni nüfuz sahəsində, ictimaiyyətin öz ayaqları üstündə durmasına kömək edən inancları sarsıtmağa, zəiflətməyə və bu dəyərlərə nüfuz etməyə səy göstərir. Siyasi nüfuz sahəsində qərarların qəbul edildiyi , olmadıqda qərarların çıxarıldığı mərkəzlərə nüfuz etməyə səy göstərirlər. Hər hansı bir ölkə belə bir nüfuz altına düşmüş olrasa, həmin ölkənin çıxartdığı qərarlar və tutduğu yol hegemonçuların iradəsinə uyğun olmuş olacaq.Xəbər yenilənir...