Sen 19, 2015 15:01 Asia/Baku
  • İraqçı: Nüvə müzakirələrindəki uğur kollektiv səyin nəticəsi idi
    İraqçı: Nüvə müzakirələrindəki uğur kollektiv səyin nəticəsi idi

İran İslam Respublikası xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini dünyanın 6 böyük qüdrəti ilə nüvə müzakirələrində əldə edilən uğuru İran İslam Respublikasının daxilindəki kollektiv əməkdaşlığın nəticəsi adlandırıb.

Abbas İraqçı İran İslam Şurası Məclisi xəbər agentliyi ilə müsahibədə deyib: İranın nüvə müzakirə heyətinin baxışında, nüvə danışıqlarında əldə edilən uğur 12 illik bir hərəkətin və kollektiv bir səyin nəticəsi idi.
İran xarici işlər naziri müavini daha sonra deyib: İran xalqı nüvə nailiyyətlərinin əldə edilməsində böyük paya malikdir və bu məsələ İslam İnqilabının Böyük Rəhbərinin müdrik rəhbərliyi altında sonunda İran xalqının nüvə hüququnun təmin edilməsi ilə nəticələndir.
İraqçı əlavə edib: Əslində İran ilk ölkədir ki, müzakirə yolu ilə BMT Nizamnaməsinin 7-ci bəndindən xaric olur və təhlükəsizlik təhdidləri və sanksiyaların ləğvinə nail olur.
İran xarici işlər nazirinin müavini BMT Təhlükəsizlik Şurasında qəbul olunan 2231 saylı qətnaməni TŞ tərəfindən İran xalqı üçün qəbul olunan sonuncu qətnamə adlandırıb və deyib: Əgər hər şey yaxşı olarsa və qarşı tərəf anlaşmanı pozmaq fikrinə düşməzsə, nüvə məsələsi Təhlükəsizlik Şurasının gündəmindən çıxarılacaq.

Teqlər