Sen 25, 2015 10:39 Asia/Baku
  • İran Məkkədə baş verən qanlı hadisə ilə bağlı bəyanat verib
    İran Məkkədə baş verən qanlı hadisə ilə bağlı bəyanat verib

İran İslam Respublikası Minada Rəmy Cəmarat Şeytanı Daşlama mərasimində qanlı hadisənin baş verməsi ardınca üç günlük matəm elan edib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikası Minada baş verən faciəli hadisə ilə əlaqədar bir bəyanat verərək bildirib: İran dövləti İslam İnqilabının Böyük Rəhbəri, dünya müsəlmanları və bu acı hadisənin zərərçəkənlərinə başsağlığı verərək bütün həlak olanlara hörmət, onların ailələrinin dərdinə şərik çıxmaq məqsədilə bütün İranda İslam İnqilabının Böyük Rəhbərinin ardıcılı olaraq üç günlük matəm elan edir.
İran dövlətinin bəyanatında bildirilir: İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi və Qırmızı Aypara Cəmiyyəti bütün yaralıların tam sağalması üçün müalicə prosesini ciddi şəkildə izləyəcək və əlaqədar təşkilatlar ciddi şəkildə və dərhal yaralıların müalicə vəziyyətini diqqət mərkəzində saxlayacaqlar.
İran İslam Respublikası dövləti öz bəyanatında həmçinin Səudiyyə Ərəbistanı hökumətinin Allah Evinin zəvvarlarının təhlükəsizliyinin qorunmasında məsuliyyət daşıdığını bildirərək əlavə edib: Bu məsələdəki istənilən bacarıqsızlıq və etinasızlığın mənfi nəticələri Ərəbistan hökumətinin üzərinədir.
İran İslam Respublikası dövləti bildirir: Ərəbistan hökuməti Minada baş verən qanlı hadisənin amillərinin müəyyənləşdirməli, həlak olanların öz ölkələrinə dərhal nəql etməli, yaralıların vəziyyətinə diqqət yetirməlidir və İran və digər ölkələrin xilasedici qüvvələrindən istifadə etməlidir.

Teqlər