Sen 28, 2015 14:52 Asia/Baku
  • Mina faciəsi haqda son məlumatlar
    Mina faciəsi haqda son məlumatlar

Mina faciəsində həlak olanların sayının artması, İran prezidentinin bu hadisədə həlak olanların dəfn mərasimində iştirak üçün Nyu-York səfərini yarımçıq qoyması, səudiyyə rejiminin bu hadisə qarşısındakı fəaliyyətinin tənqid edilməsi və Mina hadisəsinin araşdırılması üzrə İslam Əməkdaşlıq Təşkilatının iclası Allah Evi zəvvarlarının qırğını faciəsi ilə bağlı xəbərlərin titrlərni təşkil edir.

İranın Həcc və Ziyarət Təşkilatının sədri Səid Ohədi Tehranın Mina faciəsində həlak olmuş iranlı zəvvarların cənazələrinin köçürülməsi, eləcə də yaralı və zədələnmiş zəvvarların problemlərinin həlli üzrə addımlarını şərh edərək, bildirib ki, Mina faciəsində həlak olmuş iranlı zəvvarların sayı 169 nəfərə çatıb.
Ohədi yaralıların sayını 49, itkinlərin miqdarını isə 298 nəfər elan edibdir.
İranın Həcc və Ziyarət Təşkilatının sədri qanlı Mina hadisəsinin səudiyyə rejimi tərəfindən senzura olunmasına toxunaraq, deyib: Ayırd edilmiş statistikalara görə, bu kədərli faciə qurbanlarının sayı iki mindən yuxarı olacaq.
Belə bir halda, bildirilibdir ki, BMT Baş Assambleyasının sessiyasında iştirak məqsədilə Nyu-Yorka səfər etmiş İran prezidenti Həsən Ruhani bazar ertəsi günü gecə çıxış etdikdən sonra bu səfəri yarımçıq qoyaraq, Minada həlak olmuş iranlı hacıların dəfn mərasimində iştirak üçün Tehrana geri dönəcək.
İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Hüseyn Əmir Əbdollahiyan da deyibdir ki, Minada zərərçəkənlərin vəziyyətinin izlənilməsi üçün İranın səhiyyə nazirinin başçılığı altında bir heyət Cəddəyə yola düşəcək.
O, qeyd edib ki, aparılmış koordinasiyalara əsasən, çərşənbə günü axşam altmış dörd min iranlı zəvvarın ölkəyə köçürülməsi əməliyyatının başlanması ilə bir vaxtda Minada həlak olmuş iranlı zəvvarların pak cənazələrinin ölkəyə daxil olması gözlənilir.
Ötən cümə axşamı günü Ərəbistanın həcc rəsmilərinin Minada Rəmy Cəmərat mərasiminin keçirilməsindəki zəif idarəçiliyi üzündən, Allah Evinin yüzlərlə zəvvarı izdiham nəticəsində həlak oldu.
Bununla bağlı, İran İslam Şurası Məclisinin sədri Əli Laricani islami ölkələrin parlament sədrlərinə ünvanladığı müraciətdə Mina faciəsinin köklərinin tapılması üçün İslam Əməkdaşlığı Təşkilatının və bu təşkilata üzv ölkələrin Parlament Birliyinin həqiqət axtarma komitəsinin təşkilini istəyib.
İran İslam Şurası Məclisi sədrinin müraciətinin bir hissəsində deyilir: Şübhəsiz, Mina faciəsində Allah Evi zəvvarlarının qırğını və qaldırıcı kranın süqutu hadisəsinin məsuliyyəti Səudiyyə Ərəbistanının krallıq dövlətinin üzərinə düşür və bu ölkənin məsul şəxsləri dünya müsəlmanlarının matəmə qərq olmuş ümumi fikrinin qarşısında hər cür boyunqaçırmadan uzaq və cavabdeh olmalıdırlar.
İslami qruplar, şəxsiyyətlər və məsul şəxslərin Səudiyyə rejiminin builki həcc mərasiminin keçirilməsi üzrə zəif fəaliyyətinə qarşı etiraz və tənqidləri ilə bir vaxtda, elan edilib ki, Ərəbistan bazar ertəsi günü, Mina faciəsində həlak olanlardan şəxsiyyəti naməlum olan təqribən altı yüz nəfərin cəsədini kütləvi qəbirlərdə dəfn edib. Ali-Səudun bu addımı elə bir halda atılıbdır ki, islami ölkələrin karvanlarının bir çoxu ölümcül Mina faciəsindən sonra öz hacılarından böyük bir qrupunun itkin düşməsindən nigarançılıq edibdir.

Teqlər