Okt 01, 2015 20:36 Asia/Baku
  • İslami İran səadətli Qədir Xum bayramının gecəsində şənlik içində
    İslami İran səadətli Qədir Xum bayramının gecəsində şənlik içində

İslami İran müsəlmanların böyük bayramlarından olan səadətli Qədir Xum bayramının gecəsində şənlik içindədir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, sabah 18 zilhəccə 1436-cı hicri qəməri ili, 2 oktyabr 2015-ci il müsəlmanların böyük bayramlarından olan səadətli Qədir Xum bayramıdır.
Qədir Xum Məkkə və Mədinə arasında bir məntəqənin adıdır. Əziz islam peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s) vida həccində dünya şiələrinin 1-ci imamı Həzrət İmam Əlini (ə) özündən sonra vəli elan edib.
Əziz islam peyğəmbəri (s.ə.s) son həccdən döndüyü zaman həcdə iştirak edən bütün müsəlmanları Qədir Xum məntəqəsində bir yerə topladı və bu məkanda İmam Əlini (ə) Allah-taala tərəfindən öz vəsisi, qardaşı və canişini elan etdi.
İslam rəvayətlərində ən böyük bayram kimi qeyd olunan səadətli Qədir Xum bayramını bütün ilahi dinlərin ən böyük bayramı kimi hesab etmək olar. Çünki bütün ilahi elçilərin zəhmətlərinin məhsulu bu gündə nəticəyə çatmışdır.
İslami İranın mömin xalqı səadətli Qədir Xum bayramının gecəsi və günündə dini məkanlar və məscidlərdə şənliklər keçirir.
Şərbət və şirninin paylanması və müxtəlif mövludiyyələrin oxunması İslami İranda səadətli Qədir Xum bayramının gecə və gündüz proqramlarındandır.
İran İslam Respublikasının Televiziya və Radio Təşkilatı səadətli Qədir Xum bayramı münasibəti ilə bütün şiələri, digər müsəlmanları və dünyanın azadlıqsevərlərini təbrik edir.

Teqlər