Okt 07, 2015 16:51 Asia/Baku
  • İnqilab Rəhbəri: ABŞ ilə müzakirə qadağandır
    İnqilab Rəhbəri: ABŞ ilə müzakirə qadağandır

İslam İnqilabının Böyük Rəhbəri deyiblər: ABŞ öz istəklərini İran xalqına qəbul etdirmək üçün fürsət ardıncadır.

İran İslam Respublikası silahlı qüvvələrinin ali baş komandanı Həzrət Ayətullahülüzma Xamenei bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Dəniz Qüvvələri komandanları və onların ailələri ilə görüşdə özü və İran xalqının ABŞ ilə müzakirələrə qarşı olmasının səbəbsiz olmadığını bildiriblər.
İnqilab Rəhbəri əlavə ediblər: Amerikalılar nüvə müzakirələri yolu ilə İrana nüfuz yolunu açmağa çalışdılar. Amma, İran tərəfi bu məsələ qarşısında tamamilə ayıq davrandı.
Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: ABŞ ilə müzakirələr malik olduğu saysız zərər və ziyanlara görə, hazırkı şəraitdə prioritet sayılmır.
Ardı var...

Teqlər