İran prezidenti İslam İnqilabının Böyük Rəhbərinə məktub ünvanlayıb
Okt 22, 2015 18:07 Asia/Baku
-
İran prezidenti İslam İnqilabının Böyük Rəhbərinə məktub ünvanlayıb
İran İslam Respublikası prezidenti İslam İnqilabının Böyük Rəhbərinə ünvanladığı məktubda o həzrətin davamlı istiqamətləndirmələri və dəstəklərini alqışlayaraq yazıb: İran xalqı və rəhbərliyinin istəyi təbii haqq olaraq sülhməramlı nüvə enerjisinin əldə olunması hazırda gerçəkləşmişdir və ABŞ prezidenti və Avropa Birliyinin Nazirlər Şurası yazılı və rəsmi şəkildə bütün ədalətsiz və qeyri-qanuni iqtisadi və maliyyə sanksiyalarının Əhatəli Müştərək Təşəbbüs Proqramındakı öhdəlikləri çərçivəsində ləğv olunmasını bildiriblər.
Səhər Beynəlxalq Televiziyasının İran Prezident Aparatının informasiya portalına istinadla verdiyi məlumata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün cümə axşamı günü İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneiyə ünvanladığı məktubda İran xalqının tələbinin gerçəkləşməsində o həzrətin davamlı dəstək və istiqamətləndirmələri, İranın böyük xalqının alqışalayiq dəstək, müqavimət və səbri və parlament nümayəndələrinin əməkdaşlığını alqışlayıb və yazıb: Qarşı tərəfin öhdəlikləri yerinə yetirməsi tam sayıq şəkildə izlənilir və Ali Milli Təhlükəsizlik Şurasında qarşılıqlı reaksiya üçün lazımi qərar nəzərdə tutulacaqdır.İran İslam Respublikası prezidenti bu məktubda əlavə edib: İran xalqı və rəhbərliyinin təbii haqq olaraq sülhməramlı nüvə enerjisinin əldə olunması hazırda gerçəkləşib və İranın nüvə proqramı, o cümlədən zənginlədirmə və Ağır Su Reaktoru ticarət və sənaye cəhətləri ilə sülhməramlı proqram olaraq dünya üçün, xüsusilə də bu sülhməramlı proqrama qarşı olanlar üçün müəyyənləşmişdir. BMT tarixində ilk dəfə olaraq qeyri-daim üzv ölkələrdən birinin zənginləşdirilməsi açıq-aşkar şəkildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və İrana texnologiyaya sahib bir qüdrət olaraq hörmət bəslənilir.
İran İslam Respublikası prezidenti həmçinin əlavə edib: Təhlükəsizlik Şurası, Avropa Birliyi və ABŞ tərəfindən İran İslam Respublikasına qarşı tətbiq olunan beynəlxalq və birtərəfli ədalətsiz iqtisadi, ticari və maliyyə sanksiyaları ləğv olundu və İran İslam Respublikası ilə istənilən iqtisadi anlaşmanı çox xərcli, bir çox hallarda qeyri-mümkün edən beynəlxalq psixoloji atmosferi və sanksiyalar strukturunu məhv etdi.
Ruhani bu məktubda yazıb: 2015-ci il 18 oktyabr tarixində yəni təsdiq günündə ABŞ prezidenti və Avropa Birliyi Nazirlər Şurası Əhatəli Müştərək Təşəbbüs Proqramındakı öhdəlikləri çərçivəsində bütün ədalətsiz və qeyri-qanuni iqtisadi və maliyyə sanksiyalarının ləğv olunmasını yazılı və rəsmi şəkildə elan etdilər və onu sənəd olaraq rəsmi qəzetlərində yayımladılar.
İran İslam Respublikası prezidenti əlavə edib: Sanksiyaların ləğvi ilə İran iqtisadiyyatında yeni səhifə açılacaq. Belə ki, böyük insan resursu və təbii, ictimai və siyasi potensiallara söykənərək Müqavimət İqtisadiyyatı siyasətləri istiqamətində diqqətdən kənar qalan 20 illik perspektiv sənədinin inkişafını əldə edəcək və sağlam və ədalətli cəmiyyətin gerçəkləşməsində İran İslam Respulbikasının amalları gerçələşəcəkdir.