Okt 31, 2015 19:38 Asia/Baku
  • Ayətullah Nuri Həmədani Ərəbistanın regional siyasətlərini tənqid edib
    Ayətullah Nuri Həmədani Ərəbistanın regional siyasətlərini tənqid edib

Qumda təqlid mərcələrindən biri Səudiyyə Ərəbistanının regional, xüsusilə də Suriya və Fələstin qarşılığındakı siyasətlərini tənqid atəşinə tutub.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Qumda təqlid mərcələrindən biri Ayətullah Hüseyn Nuri Həmədani Hindistan və Mavritaniyadan bir qrup ziyalı ilə görüşdə bildirib: Səudiyyə Ərəbisatnı elə bir halda Suriya böhranının həlli üzrə səy iddiasındadır ki, özü bu ölkədə çoxlu problemlərin yaranmasına səbəb olub.
Ayətullah Nuri Həmədani bildirib: Qərb və Ərəbistan və Türkiyə kimi ölkələr Suriya problemini aradan qaldırmaq istəyirlər. Halbuki onların özü problem yaratmışlar.
Bu təqlid mərcəyi Ali-Səudun sionist rejimin Fələstinin müsəlman xalqına qarşı hərəkətlərini dəstəkləməsindən təəssüflənərək bildirib: Vəhdət islamın ən önəmli prinsiplərindəndir. Buna görə müsəlmanlar öz birliklərini qorumaqla düşmənlərin at oynatmalarına icazə verməməlidirlər.

Teqlər