İranın Qırmızı Aypara Cəmiyyətinin humanitar yardımı Əfqanıstana göndərilib
Okt 31, 2015 19:43 Asia/Baku
İranın Qırmızı Aypara Cəmiyyətinin ilk humanitar yardımı Əfqanıstanda zəlzələdən çəkənlərə göndərilib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın Qırmızı Aypara Cəmiyyətinin humanitar hüquq və beynəlxalq məsələlər üzrə sədr müavini Məhəmməd Şəhabəddin Məhəmmədi İraqi İRNA-ya verdiyi müsahibədə İranın humanitar yardımının Əfqanıstanın Qırmızı Aypara Cəmiyyəti rəsmilərinə təhvil verildiyini bildirib və deyib: 400 xilas çadırı, 400 yataq və döşək, 1000 ədəd adyal şənbə günü günortadan sonra Doğarun sərhədi vasitəsi ilə Əfqanıstana göndərilib.İran Əfqanıstanda zəlzələ baş verdiyindən sonra bu hadisə qurbanlarının dərdinə şərik çıxan və bu ölkə hökuməti və xalqına nağd və qeyri-nağd yardımlar üçün hazır olduğunu bildirən ilk ölkələrdən olub.
Ötən həftə bazar ertəsi günü Əfqanıstanda baş verən zəlzələ nəticəsində 117 nəfər həlak olub, yüzlərlə nəfər də yaralanıb. Əfqan KİV-nin verdiyi məlumata görə, Əfqanıstanın 9 vilayəti, o cümlədən paytaxt Kabildə 7 min 630 mənzil, 12 məktəb, 17 məscid, 20 dövlət binası zəlzələ nəticəsində dağılıb.