Ruhaninin Putinə başsağlığı müraciəti
Noy 01, 2015 09:44 Asia/Baku
-
Ruhaninin Putinə başsağlığı müraciəti
İran İslam Respublikası prezidenti Rusiyanın sərnişin təyyarəsinin sərnişinlərinin həlak olması münasibətilə rusiyalı həmkarı Vladimir Putinə başsağlıqı verib.
İran İslam Respublikası prezidenti Həsən Ruhani şənbə günü rusiyalı həmkarı Vladimir Putinə ünvanlanmış müraciətində Rusiya hava yolları şirkətinə məxsus sərnişin təyyarəsinin süqut etməsi və təyyarədə olan sərnişinlərin həlak olması münasibətilə başsağlığı verib, Rusiya xalqı və dövlətinin kədərini bölüşüb.
Rusiya hava yolları şirkətinə məxsus Airbus 321 sərnişin təyyarəsi şənbə günü Qahirə vaxtı ilə 05:51-də Misirin Şərmüşşeyx hava limanını Rusiyanın Sankt Peterburq şəhəri istiqamətində tərk etdikdən 23 dəqiqə sonra lokatorların səhifəsindən yoxa çıxıb.
Misirinin havadan həyata keçirdiyi axtarışlar zamanı təyyarənin qalıqları Sina vilayətinin şimalında, dağlıq ərazidə yerləşən Həsənə şəhəri yaxınlığında aşkar edilib.