Texnologiya diplomatiyası İranın əsaslı iqtisadi biliyin irəlilədicisidir
Noy 05, 2015 09:03 Asia/Baku
İran prezidentinin elm və texnologiya məsələləri üzrə müavini texnologiya diplomatiyasını əsaslı iqtisadi biliyin irəlilədicisi olduğunu bildirib.
Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadla verdiyi məlumata görə, Sorena Səttari İrandan kənarda İslam Respublikasının nümayəndəliklərinin rəhbərləri və səfirlərinin illik iclasında etdiyi çıxşında əlavə edib: Ötən iki il ərzində Milli İstedadlar İnstitutu və Elm müavinliyi xarici anlaşmalar potensialından istifadə üçün müxtəlif vasitələr yaratmışlar.Səttari deyib: Yeni iş yerlərinin dəstəklənməsi, əsaslı məhsulların ixracatı üzrə xidmətlər dəhlizi, İrandan kənarda yaşayan mütəxəssislərin cəzb olunması, texnologiya və innovasiya sərgisi və Böyük Peyğəmbər mükafatı bu addımlardan sayılır.
İran prezidentinin müavini İran və Rusiyanın müştərək əməkdaşlıq modeli və bu ölkə ilə elm və texnologiya sahəsində hərtərəfli anlaşma üçün potensialın yaradılmasına toxunaraq digər ölkələrlə elm və texnologiya sahəsində anlaşma yaratmaq üçün bu modeldən istifadənin mümkünlüyünü bildirib.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif də bu iclasda hökumətin önəmli prioritetlərindən biri olaraq əsaslı iqtisadi biliyin əhəmiyyətini vurğulayaraq ölkədən kənarda əməkdaşlıq payının artırılmasının vacibliyini qeyd edib.