Noy 05, 2015 17:39 Asia/Baku
  • Sanksiya strukturunun qorunması; İrana təzyiqlərin davam etdirilməsi üçün ABŞ-ın siyasəti
    Sanksiya strukturunun qorunması; İrana təzyiqlərin davam etdirilməsi üçün ABŞ-ın siyasəti

Bir qrup amerikalı rəsmi bu ölkə prezidentinin şirkətlərin İrana qarşı qeyri-nüvə sanksiyalarından azad edilmələri üzrə səlahiyyətləri mövzusu ilə bağlı iclasda, İrana təzyiqlərin davam etdirilməsi üçün sanksiyaların strukturunun qorunmasını istəyiblər.

Bu komitənin sədri olan Piter Ruskam çərşənbə günü keçirilən bu iclasın əvvəlində həmçinin, İranın regionda destruktiv hərəkətləri adlandırdığı məsələ ilə bağlı tədbirlərin görülməsini istəyib.
Demokratiyanı Müdafiə Fondurunun icraçı direktoru Mark Dabovitz də bu iclasda İranı terrorizmin başlıca himayədarı adlandırıb və Vaşinqtonun qeyri-nüvə sanksiyaları ilə İrana qarşı təzyiqləri qorumalı olduğunu vurğulayıb.
O, nüvə anlaşmasını İran üçün "atom bombası"na aparan səbirli yol adlandırıb və bu iddianı əsas gətirərək, Konqresin İranın bir çox fəaliyyət sahəsini əhatə edən qeyri-nüvə sanksiyaları quruluşunun qorunmasına təkid edib.
Amerikada çıxan Vaşinqton Post qəzeti də çərşənbə günü bir yazırda İrana qarşı öncəki sanksiyaların bu ölkədə hakimiyyətin dəyişdirilməsində təsirli olmadığına işarə edərək, yazıb: 36 il sanksiya İranda quruluşun dəyişməsinə səbəb olmadı. Bu sanksiyalar İranın regionla bağlı rəftarlarında heç bir ciddi dəyişiklik yarada bilmədi. Əksinə, vəziyyətin daha da pisləşməsiə səbəb oldu.
Məqalənin davamında deyilir: Bu gedişin dəyişməsi şübhəsiz Tehran ilə anlaşmaya və İranı daha az çomaq və daha artıq yerkökü ilə şirnikləndirməyə ehtiyaclıdır. Və iqtisadi əməkdaşlıqlar və xarici yardımlar fonunda yumşaq gücdən istifadə, sərmayə qoyuluşu, ticarət və texnologiyanın ötürülməsi bu siyasətə şamil olur.
Vaşinqton Post qəzetinin baxış açısından bu dəyişiklik, sanksiyaların tətbiq edilməsində izlənilən hədəflərə çatmağa kömək edə bilər.
Nüvə anlaşması analitiklərin baxışında İran ilə Qərb arasındakı əlaqələrin yaxşılaşması yolunu müəyyən dərəcəd möhkəmləndirib. Və bu anlaşmanın icraya qoyulması ilə artıq avropalı və asiyalı iş adamları və sərmayə sahibləri gələcək əməkdaşlıqlarla bağlı müzakirələrin aparılması üçün Tehrana axın etməyə başlayıblar. Bu isə İranın regional və beynəlxalq böhranların həllindəki rolunun möhkəmlənməsinə kömək etmiş ola bilər. Amma, bu məsələdə ABŞ-a olan etimadsızlıq və şübhələr də az deyil. Bunun səbəbi isə, ABŞ rəsmilərinin sədaqətsizliyi, vəfasızlığı, dönüklüyü və davamlı olaraq fitnə və bəhanə ardınca olmasıdır. Belə ki, amerikalılar hər gün müxtəlif yollarla o cümlədən, Konqres və sionist lobbisi olan AİPAC vasitəsi ilə öz çirkin niyyətlərini izləyirlər. Bu siyasət, ABŞ-ın regionda qısa və uzun müddətli maraqlara malik olduğu bir dövrə təsadüf edir. Amma, bu siyasətin izlənilməsi ciddi problemlər ilə üz-üzədir. Buna görə də, bəzi məsələlərdə o cümlədən sanksiyaların ləğv edilməsində nə istədiklərini aydın şəkildə bəyan etməlidirlər.
Ötən on il ərzində Amerika İrana qarşı geniş və "iflic edici" sanksiyalar tətbiq edərək, bütün siyasi və iqtisadi təzyiq vasitələrindən istifadə etdi. Amma, öz istəklərinə nail ola bilmədi. Nəhayət ABŞ rəsmiləri etiraf etməyə məcbur oldular ki, bu sanksiyaların davam etməsi ABŞ-ın təcrid olunmasına səbəb olur.
Amerika nüvə anlaşmasında İran ilə yeganə tərəf sayılmır. Nüvə anlaşması İran ilə dünyanın 6 böyük qüdrəti arasında əldə olunub. Yəni bu anlaşmada ABŞ ilə yanaşı daha 5 qüdrət mövduddur. Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya. Bu ölkələr nüvə anlaşması əsasında üzərlərinə götürdükləri öhdəliyə sadiqdirlər. Bu anlaşmanın davam etməsi sübut edir ki, ABŞ öz öhdəliklərindən boyun qaçırtmaq üçün bir sıra problemlər ilə üz-üzədir. Buna baxmayaraq, ABŞ-ın keçmiş rəftarlarından aydın olur ki, Vaşinqton ötən on ildə müəyyən siyasətləri izləyib və bu siyasətlərin bir hissəsi nüvə məsələsi və sanksiyalar ilə əlaqədardır. Bu məsələ və son hərəkətlərdən aydın olur ki, Amerika necə deyərlər İrana qarşı sanksiyaları qorumaq üçün yeni fürsətlər və bəhanələr ardıncadır. Və bunun üçün İranda insan haqlarının vəziyyətindən nigaranlıq, İranın raket potensialı və ya İranın terrorizmi himayə etməsi kimi qondarma iddiaları əlində bəhanə etməyə çalışır.

Teqlər