NATO-nun baş katibi: "Alyansın Ukrayanaya qoşun göndərməsi ağıllı iş deyil"
https://azeri.sahartv.ir/news/dünya-i416442-nato_nun_baş_katibi_alyansın_ukrayanaya_qoşun_göndərməsi_ağıllı_iş_deyil
Rusiya ilə Qərb arasında gərginliyin artması fonunda NATO-nun baş katibi bəyan edib ki, Rusiyaya qarşı döyüşmək üçün NATO qüvvələrinin Ukraynaya göndərilməsi ağıllı qərar deyil.
(last modified 2024-11-28T10:28:10+00:00 )
Noy 28, 2024 14:26 Asia/Baku
  • NATO-nun baş katibi:

Rusiya ilə Qərb arasında gərginliyin artması fonunda NATO-nun baş katibi bəyan edib ki, Rusiyaya qarşı döyüşmək üçün NATO qüvvələrinin Ukraynaya göndərilməsi ağıllı qərar deyil.

  NATO-nun baş katibi Mark Rutte Fox News-a verdiyi müsahibədə üçüncü ölkələrin Rusiyaya dəstəyi davam edərsə, NATO Ukraynaya qoşun göndərməyi nəzərdən keçirəcəkmi? sualının cavabında deyib: "Bunun ağıllı bir qərar olduğunu düşünmürəm".

Onun fikrincə Ukrayna Rusiya ilə müharibəyə son qoymaq üçün danışıqlara, bu danışıqlardan nələrsə əldə edəcəyini hiss etdiyi zaman başlayacaq".Mark Rutte vurğulayıb ki, hazırda ukraynalılar yaxşı vəziyyətdə deyillər".