İranın tarix və sivilizasiyası islamla düyünlənib
https://azeri.sahartv.ir/news/İran-i199316-İranın_tarix_və_sivilizasiyası_islamla_düyünlənib
İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin direktoru deyib: İranın tarixi və sivilizasiyası islamla düyünlənib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 06, 2015 08:37 Asia/Baku
  • İranın tarix və sivilizasiyası islamla düyünlənib
    İranın tarix və sivilizasiyası islamla düyünlənib

İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin direktoru deyib: İranın tarixi və sivilizasiyası islamla düyünlənib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Əli Əkbər Vilayəti Tehran Universitetlərinin Tarix fakültəsi müəllimlərinin "Qədim və Müasir Tarix" Konfransında əlavə edib: İran xalqı sivilizasiyalı xalqdır. Fəxrlə islamı qəbul edib və islamı İrandan ayırmaq mümkün olmayan məsələ və süni bir işdir.
İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin direktoru islam və İranı bir-birindən ayırmağın yanlış ideya və bu düşüncənin imperialist düşüncə olduğunu bildirərək söyləyib: İslamın mədəniyyət və sivilizasiyasının əksə payı iranlılarındır və fəxr edirik ki, heç bir xalq İran xalqı qədər islama xidmət etməmişdir.