İran İraqda ilk Rifah satış şəbəkəsi yaradır
Noy 13, 2015 09:57 Asia/Baku
-
İran İraqda ilk Rifah satış şəbəkəsi yaradır
İranın Rifah Satış Şəbəkəsinin icra direktoru İraqda ilk satış şəbəkəsinin yaradılması üçün işlərin görüldüyünü bildirib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Fərşid Qolzadə Kirmani İRNA ilə müsahibədə deyib: İraqda ilk satış şəbəkəsinin yaradılması üçün lazımi tədbirlər görülüb. Münasib təhlükəsizlik şəraitinin yaradılması ilə istifadəyə veriləcəkdir.Qolzadə Kirmani əlavə edib: İraqda İran məhsullarına çoxlu tələbat vardır və hazırda yaranan şəraiti nəzərə alaraq İraqda İran məhsulları üçün yaxşı fürsət yaranmışdır.
İranın Rifah Satış Şəbəkəsinin icra direktoru İrandan kənarda, o cümlədən Türkiyədə Rifah Satış Şəbəkəsinin yaradılması üzrə proqrama toxunaraq deyib: İranın Rifah Satış Şəbəkəsi müxtəlif ölkələri məqsəd seçib.
Teqlər