Noy 15, 2015 10:35 Asia/Baku
  • Kəmalvəndi: Buşehr AES iranlı operatora təhvil veriləcək
    Kəmalvəndi: Buşehr AES iranlı operatora təhvil veriləcək

İran Atom Enerjisi Təşkilatının sözçüsü Buşehr Atom Elektrik Stansiyasının cari günəş ilinin sonunadək daimi olaraq iranlı operatora təhvil veriləcəyindən xəbər verib.

İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi Rusiyanın yüksək vəzifəli texniki heyətinin Tehranda İran Atom Enerjisi Təşkilatının məsul şəxsləri ilə danışıqlarına toxunaraq, deyib: Rusiya rəsmiləri ilə danışıqlarda nüvə anlaşmasının icrası sahəsindəki həmkarlıqların son durumu, o sıradan "Fordo" saytında mövcud olan maşınlardan iki kaskadın stabil izotop istehsalı qabiliyyətinə malik olan maşınlara çevrilməsi barədə texniki müzakirələr aparılıb.
Rusiya dünyada stabil izotopların istehsalı və təmini üzrə ən mühüm ölkələrdəndir.

Teqlər