Rusiya İrana ixracat üçün 7 milyard dollar vəsait ayırıb
https://azeri.sahartv.ir/news/İran-i199630-rusiya_İrana_ixracat_üçün_7_milyard_dollar_vəsait_ayırıb
İranın Moskvadakı Ticarət Palatası Komissiyasının rəhbəri deyib: Rusiya İrana ixracat üçün 7 milyard dollar vəsait ayırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 15, 2015 13:12 Asia/Baku
  • Rusiya İrana ixracat üçün 7 milyard dollar vəsait ayırıb
    Rusiya İrana ixracat üçün 7 milyard dollar vəsait ayırıb

İranın Moskvadakı Ticarət Palatası Komissiyasının rəhbəri deyib: Rusiya İrana ixracat üçün 7 milyard dollar vəsait ayırıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Rəcəb Səfərov İranın Lorestan Kənd Təsərrüfatı Cihad Təşkilatının sədri ilə görüşdə deyib: İran tərəfindən də belə bir potensialın yaradılmasını gözləyirik. Belə ki, iki ölkənin iqtisadi münasibətlərinin yaxşılaşmasına kömək etsin.
O iki ölkənin iqtisadi potensiallarının tanınmamasını ölkədə iqtisadi əlaqələrin genişlənməsinin əsas manelərindən adlandırıb və deyib: Ötən il İran və Rusiyanın ticarət dövriyyəsinin həcmi çox az idi və Rusiyanın bütün ticarət dövriyyəsinin bir faizindən azdır. Bu isə təəssüfləndiricidir.
Səfərov əlavə edib: Halbuki iki ölkədə çox yaxşı potensiallar mövcuddur ki, əlaqələrin əsaslı şəkildə yüksəlməsinə kömək edə bilər.
Tərəflərin potensiallarının qarşılıqlı tanınmasını əlaqələrin inkişafının infrastrukturu adlandıran Səfərov deyib: Arxayınıq ki, Rusiyaya və digər MDB ölkələrinə tanıtdırılmaq imkanı olan İranda özünəməxsus potensialları vardır.
İranın Moskvadakı Ticarət Palatası Komissiyasının sədri iranlı iş adamlarının Rusiyanın güclü bazarında diqqəti cəlb edə biləcək iştiraka malik ola biləcəklərini qeyd edərək bildirib: İranın Rusiyada iqtisadi atteşsi yoxdur. Halbuki Rusiyanın iqtisadi attaşeləri İranda davamlı iştirak edirlər və biz bununla kifayətlənməmişik və özümüz də İrana səfər etmişik.
İranla Ticarət nəşriyyatının rəhbəri bu nəşrin İranla ticarət məsələsi üzrə fəaliyyət göstərən ilk nəşr olduğunu bildirib və deyib: Bu nəşr İran və Rusiya əlaqələrinin inkişafında çox yaxşı rola malik ola bilər.