Noy 19, 2015 17:43 Asia/Baku
  • Ərak Reaktorunun rekonstruksiyası sənədinin imzaları təkmilləşib
    Ərak Reaktorunun rekonstruksiyası sənədinin imzaları təkmilləşib

İranın Atom Enerjisi Təşkilatının sədri Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası çərçivəsində Ərak Təhqiqat Reaktorunun rekonstruktiyası və modernləşdirilməsi sənədinin imzalarının təkmilləşməsindən xəbər verib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi İRNA-ya verdiyi müsahibədə bildirib: 5+1 qrupuna üzv ölkələrin xarici işlər nazirləri və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Ərak Ağır Su Təhqiqat Reaktorunun rekonstruksiyası və modernləşdirilməsi sənədini cümə axşamı günü imzalayıblar və bundan sonra bu sənəd rəsmidir.
İranın Atom Enerjisi Təşkilatının sədri bildirib: Əhatəli Müştərək Təşəbbüs Proqramına əsasən qarşı tərəf Ərak Təhqiqat Reaktorunun rekonstruksiyasında əməkdaşlığa zəmanət verilməli idi. Hazırda bu iş yerinə yetirilib.
Salehi Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasının zamanı barədə deyib: Avropa və ABŞ sanksiyaların ləğv barədə lazımi göstərişləri vermişlər və ümid olunur ki, 15 dekabrdan Əhatəli Müştərək Təşəbbüs Proqramının tam icrası üçün lazımi zəminlər yaranacaqdır.
İranın Atom Enerjisi Təşkilatının sədri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amanonun hesabatı, Fordo obyektində sentrifuqaların sayının azaldılması və İranda bu işin icrasının səbəbi barədə deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası iş gündəmindədir.
Salehi əlavə edib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin yeni hesabatı nisbətən yaxşı idi. İranın bütün öhdəlikləri yerinə yetirdiyini və İranın sülhməramlı nüvə fəaliyyətlərində heç bir yayınmanın olmadığını əks etdirdi.

Teqlər