Putin İrana gəlir
Noy 20, 2015 19:33 Asia/Baku
-
Putin İrana gəlir
Rusiya prezidenti Vladimir Putin İrana rəsmi səfərə gəlir.
Noyabrını 23-də baş tutacaq rəsmi səfər barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib. O, bildirib ki, Rusiya prezidenti Vladimir Putin İrana səfəri zamanı İranlı həmkarı Həsən Ruhani və İranın Aliməqam Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xamenei ilə görüşəcək.Rusiya prezidenti İranda ticarət, nüvə, enerji daşıyıcıları və hərbi əməkdaşlıq barədə əhəmiyyətli müzakirələr aparacaq. Rusiya prezidenitinin İrana səfəri zamanı bir neçə mühüm razılaşmaların imzalancağı da gözlənilir.