Noy 23, 2015 14:09 Asia/Baku
  • Rusiya prezidenti Tehrana daxil oldu
    Rusiya prezidenti Tehrana daxil oldu

Rusiya prezidenti Vladimir Putin Qaz İxrac edən Ölkələr Forumunun 3-cü sammitində iştirak etmək üçün Tehrana daxil olub.

Qaz İxrac edən Ölkələr Forumunun 3-cü sammiti bu gün 9 ölkə başçısının iştirakı ilə Tehranda keçiriləcək.
Tehran iclasında Rusiya, İraq, Boliviya, Venesuella, Ekvatoriyal Qvineya, Nigeriya və Türkmənistan prezidentləri iştirak edir.
Əlcəzairin baş naziri Əbdülməlik Səlal, neft ixrac edən ölkələr təşkilatı OPEK-in baş katibi Salim əl-Bədri və Beynəlxalq Enerji Assambleyasının baş katibi Aldo Flors Kevirqan da bu iclasda iştirak edəcəklər.

Teqlər